Müşahidə Şurasının sədri

Ekoloji təmiz məhsul istehsal etməklə, ərzaq təhlükəsizliyini təmin edirik və “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” əsasında iqtisadiyyatımıza töhfə veririk.

Beynəlxalq və yerli təcrübələrdən istifadə edərək ölkəmiz üçün kənd təsəsrrüfatını inkişaf etdirməklə hədəflərimizi həyata keçiririk.

Ən müasir texnoloji qurğulardan istifadə edir, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Respublikamızı yalnız ölkə daxilində deyil, eləcə də ölkə xaricində təmsil edirik.

Bunlarla yanaşı, əməkdaşlarımıza karyera yüksəlişi, özünü təkmilləşdirmə imkanları və sağlam iş mühiti təklif edən qabaqcıl müəssisələrdən olmaqla qürur duyuruq.

İlham Nağıyev
Müşahidə Şurasının sədri
“Binə Aqro” QSC