Qida

Təhlükəsizliyi Sertifikatlar

Sağlamlığınızı düşünən Binə Aqro, bütün gigiyenik qaydalara əməl olunması şərtilə ilk toxumlardan məhsul yetişib qablaşdırılana qədər bütün yerli və xarici keyfiyyət standartlarına cavab verməklə nəzarət edir. ISO 22000, GlobalGAP, ISO 9001 kimi beynəlxalq sertifikatlarımızın mövcüd olması, kənd təsərrüfatı üzrə ixtisaslaşmış müəssisələrlə rəqabət aparmağa imkan verir və yalnız ölkədə deyil, xarici bazarda da ön sıralarda yer almasına zəmin yaradır.


ISO 22000 – Qida təhlükəsizliyinin idarəedilməsi üzrə sertifikatımız, müştərilərimiz üçün ən təhlükəsiz şəraitdə məhsullar yetişdirməyimizin nümunəsidir.

 


GlobalG.A.P. – Qabaqcıl kənd təsərrüfatı məhsullarının ixrac olunması praktikasını təmsil edən bu sertifikat, kənd təsərrüfatı mallarının keyfiyyətlə yetişdirilərək istehlakçıların xidmətinə verilməsinə ciddi yanaşmağımızın bariz örnəyidir.


ISO 9001 – Keyfiyyəti idarəetmə sisteminin Binə Aqroda qurulması, sənədlərin idarə olunması prosesindən başlayaraq, məhsulların yetişdirilməsindəki bütün riskləri əhatə edən bu sistemin göstəricisi olan sertifikatımız, digərləri kimi mütəmadi yenilənməkdədir.