İstixanalarda meyvə və tərəvəz yetişdirildiyi üçün ideal mühitlərdən
biridir. Bu ənənəvi əkin üsullarından fərqli olaraq torpaqdan istifadə
etmədən yüksək məhsuldarlıq əldə edilmək üçün nəzərdə
tutulmuşdur. Hazırki vəziyyətdə istixanalar ən ideal yetişdirmə
şəraitinə sahib ərazilərdir. Ancaq bu tək başına yüksək məhsul
almaq üçün kifayət qədər güclü amil deyil. Nəzərdə tutulan məhsulu
vaxtında və təmiz almaq lazımdırsa, istixana daxilində və ətrafında
kompleks tədbirlər görülməlidir.
İstixanamızda pomidor, badimcan, bibər və s. tərəvəz çeşidləri
yetişdirlir. Yüksək keyfiyyətli məhsul məqsədmiz olduğundan,
xəstəlik və ziyan vericilərə qarşı bioloji mübarizə üsulundan istifadə
edirik. Bu istixanada İPM nəzarət edilməklə həyata keçirlir. Ana
təbiətdə olduğu kimi çiçəklərin tozlanması təbii arılar vasitəsilə
həyata keçirlir. İqlimləndirmə istixanada nəzarət olunması vacib olan ən mühüm
işlərdən biridir. Bu iş peşəkar mütəxəssislər vasitəsilə idarə olunur.
İstixanada mikro iqlim yaradılaraq yetişdiriləcək bitkinin hektar üzrə
daha çox məhsul verməsi təmin edilir.
“Binə Aqro” QSC-nin fəaliyyətinin bütün istiqamətlərində əsas
prioritet ətraf mühitin mühafizəsidir. Belə ki, qış dövüründə
istixananın isidilməsi üçün istifadə edilən qazanxanada təbii qazın
yandırılması nəticəsində ayrılan CO2, xüsusi tutucular tərəfindən
tutularaq istixana daxilində bitkilərin fotosintez prosesini
sürətləndirmək üçün istifadə edilir.
Yetişdirilmiş meyvə və tərəvəzlərin paketlənməsi zamanı insan
faktoru minumuma endirilir. Məhsulun təmiz şəkildə yığılması və
paketlənməsi üçün hər cür şərait yaradılmışdır. Ümumi toplanmış
məhsul öncə çeşidlənir, daha sonra paketlənərək yüklənilir.
Paketləmə zamanı eyni vaxtda məhsulun kalibrlənməsi də həyata
keçirlir ki, bu da insanlarda müştəri məmnuniyyəti yaradır.