Limon C vitamininin mənbəyi hesab olunsa da bolqar bibərində bu vitamin daha çoxdur. Xüsusilə vitamin bibərin saplağında cəmlənib. Bibərin tərkibində P vitamini çoxdur və bu vitamin sayəsində qan damarlarının elastikliyi artır və tromboz, ürək-damar sisteminin və aterosklerozun yaranmasının qarşısı alınır. Bu tərəvəz həmçinin depressiyadan və yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır.