28 mar 2020
“Binə Agro” QSC-in rəhbəri Rəşad Mailov bildirib ki, Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkədə COVID 19-la mübarizədə atılmış önəmli addımdır. Korporativ Sosial Məsuliyyət strategiyasını ali prinsip hesab edən bir şirkət olaraq bu əhəmiyyətli təşəbbüsə dəstək verməyə bilməzdik.
Ölkəmizdə 2011-ci ildən istixana fəaliyyətini həyata keçirən “Binə Aqro” QSC kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində doqquz ildən artıq təcrübəyə malikdir. Şirkətin 75 hektar olan istixana kompleksində pomidor, xiyar, bibər, badımcan, brokoli kimi müxtəlif tərəvəz məhsulları istehsal olunur.