“Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta” şirkətlərindən ahıllara dəstək

4 apr 2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən yaşı 65-dən yuxarı olan insanların pandemiyadan qorunması məqsədilə evdən çıxmaları qadağan edilib. Qərarı nəzər alaraq, “Binə Aqro” QSC, “İSR Holdinq” şirkətlər qrupu və “A-Qrup Sığorta” ASC tərəfindən ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədli sosial yardım həyata keçirilib. “Binə Aqro” şirkəti 2200, “İSR Holdinq” şirkətlər qrupu 500, “A-Qrup Sığorta” şirkəti daxil olmaqla 525 tənha ahılın ərzaq ehtiyacı təmin edilib.