Binə-Agro MMC şirkəti kənd təsərrüfatı sektorunda öz fəaliyyətini 2011-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərin yaxınlığında yerləşən Binə kəndində 6 hektar ərazidə istixananın tikintisi ilə başlayıb. Növbəti bir neçə il ərzində istixana sahəsi 420,000 kvadratmetrə çatmışdır. İstixanaların layihələşdirilməsi və tikilməsi Hobako Construction LLC tərəfindən həyata keçirilmişdir. Kənd təsərrüfatı fəaliyyatında şirkətimiz yalnız təbii üsulları(hormonsuz) istifadə edir və məhsulların yetişdirilməsi zamanı tozlandırma prosesi arılar tərəfindən həyata keçirilir. Bütün istixanalarda hidropon suvarma sistemi istifadə olunur və bu nəticədə yüksək keyfiyyətli məhsulun əldə edilməsinə gətirir.

      Binə-Agro MMC öz fəaliyyətində bütün standartlara cavab verən tərəvəz və meyvə məhsulların yetişdirilməsi üçün yalnız müasir texnologiya tətbiq edir. Şirkətin əhaliyə təklif edən məhsulları tamamilə sağlam və şəfalı ərzaq standartlarına cavab verir. İstixanalarda müxtəlif növ pomidor, bibər, xiyar və digər tərəvəz məhsulları yetişdirilir. Şirkət pomidorların salxımda, ədəd ilə, çerri və kokteyl pomidor yetişdirilməsi ilə məşğul olur. Yetişdirilən bibər növlərin arasında qırmızı, narıncı və sarı bibər növləridə var. Şirkət tərəfindən istehsal olunan məhsullar əsasən Rusiya və BƏƏ, eləcə də Avropa Birliyi bazarlarında müştərilər tərəfindən tələb olunan məhsullardır. Binə-Agro MMC brendi Azərbaycan kənd təsərrufatı sektorunun lideridir və həmin sektorda keyfiyyət və innovasiya standartıdır.

 

      

 

 Binə-Aqro tanıtım çarxı