Binə - Aqro MMC 2015 – ci ilin iyun ayında GLOBALGAP keyfiyyət və təhlükəsizlik sertifikatını alıb. Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi və keyfiyyət standartın göstəricisi olan həmin GLOBALGAP sertifikatı, şirkətin öz məhsullarını beynəlxalq bazarlara sərbəst çıxışı təmin edəcək. GLOBALGAP sertifikatlaşdırması yetişdirilmiş məhsulun təhlükəsizlik tələblərinə və tövsiyələrə uyğun yetişdirilməsinin təsdiqidir.

 


Binə - Aqro MMC – nin məhsulları 2016 – cı ilin iyul ayından beynəlxalq GlobalGap sertifikatları, habelə buraxılan məhsulun təkcə yüksək keyfiyyətini deyil, həm də təhlükəsizliyini təsdiq edən nüfuzlu HACCP sertifikatı ilə təltif edilmişdir. Qeyd edək ki, Avropa İttifaqı ölkələrində, ABŞ-da, Kanadada qida sənayesində HACCP metodunun tətbiqi və müəssisənin HACCP sistemi üzrə sertifikatlaşdırılması mütləqdir. Bununla əlaqədar olaraq, “Binə - Aqro” MMC şirkəti istehlak bazarında keyfiyyətli və təhlükəsiz məhsulların sabit istehsalına zəmanət verir.

  Təzə Pomidora Uyğunluq sertifikatı
 Təzə Pomidora Uyğunluq sertifikatı
 Təzə Pomidora Gigiyenik sertifikat