2011 - ci ilin son aylarından “Binə Aqro” MMC öz fəaliyyətinə start verdi. Qeyd edək ki, Binə qəsəbəsində yerləşən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş kompleksdə, istixana şəraitində pomidor və digər tərəvəz məhsulları yetişdirilir. Kompleks bazara məhsullarını “Binə Aqro” brendi ilə çıxardır. Şirkətin gələcək planlarında istixana kompleksinin ərazisinin 24 hektardan 42 hektaradək artırılmasıdır.