Binə - Agro MMC-nın həyata keçirdiyi müasir tipli istixana layihəsi Bakı şəhəri, Binə qəsəbəsində yerləşir. 24 hektar ərazini əhatə edən layihənin əsas məqsədi ilin əkinçilik üçün xarakterik olmayan fəsillərində əhalinin kənd təsərrüfatı məhsulları: pomidor, xiyar, bibər və diğər məhsulları ilə təmin etməkdir. Layihə bir neçə mərhələdən ibarətdir ki,birinci mərhələdə 24 hektar,sonrakı mərhələdə isə bu rəqəmin artırılaraq 42 hektara çatdırılması nəzərdə tutulur. İstixanaların layihələşdirilməsi və tikilməsi Hobako Construction LLC tərəfindən həyata keçirilir.