15 sentyabr 2017 “Binə - Aqro” MMC Rusiya Federasiyasının paytaxtında keçirilən Beynalxalq Qida  “WorldFood 2017” sərgisində iştirak edib. Sərgi 11-14 sentyabr tarixində Moskva Mərkəzi Sərgi Kompleksində keçirilib.

Sərgidə 70 - dən çox ölkədən şirkətlər iştirak edib, onlar 1500-dən çox məhsul növü nümayiş etdiriblər. "Worldfood 2017" sərgisinin dörd günü ərzində 100 min insan sərgini ziyarət edib, onlardan 60 faizi topdan və pərakəndə ticarət üzrə firmaların nümayəndələri olublar.

Azərbaycanı təmsil edən "Binə - Aqro" MMC şirkəti keyfiyyətli məhsulları ilə iştirakçıların diqqətini cəlb edib, "Made in Azerbaijan" məhsul statusu özünü doğruldub.

Ümumilikdə, sərgi zamanı 100-dən artıq işgüzar görüş keçirilib və gələcək əməkdaşlığa dair işlər görülüb. Keçirilən görüşlərə və ümumilikdə, "Binə - Aqro " MMC stendinə göstərilən marağa görə "Worldfood Moscow 2017"-u şirkətin növbəti beynəlxalq uğuru kimi qiymətləndirmək olar.