Binə - Aqro MMC – nin məhsulları 2016 – cı ilin iyul ayından beynəlxalq HACCP sertifikatı ilə təltif edilmişdir. Həmin sertifikat buraxılan məhsulun təkcə yüksək keyfiyyətini deyil, həm də təhlükəsizliyini təsdiq edən nüfuzlu sertifikatdır. Qeyd edək ki, Avropa İttifaqı ölkələrində, ABŞ-da, Kanadada qida sənayesində HACCP metodunun tətbiqi və müəssisənin HACCP sistemi üzrə sertifikatlaşdırılması mütləqdir. Bununla əlaqədar olaraq, “Binə - Aqro” MMC şirkəti istehlak bazarında keyfiyyətli və təhlükəsiz məhsulların sabit istehsalına zəmanət verir.